Ermənistan ordusunda yanacaq oğurluğuna görə diviziya və hərbi hissə komandirlərinə ittiham elan edilib

Ermənistan ordusunda yanacaq oğurluğuna görə diviziya və hərbi hissə komandirlərinə ittiham elan edilib
# 21 may 2015 10:07 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Ermənistan Silahlı Qüvvələrində külli miqdarda dizel yanacağının oğurlanması faktına görə bir neçə şəxsə ittiham irəli sürülüb.

APA-nın Ermənistanın “Joxovurd” qəzetinə istinadən verdiyi xəbərə görə, ittiham edilən şəxslər arasında diviziya və hərbi hissə komandirləri, hərbi hissənin maddi-texniki təminat bölməsinin əməkdaşları, hətta icma başçısı da var.

Qəzet yazır ki, bu şəxslər dizel yanacağı alveri hesabına böyük sərvət toplayıb, bahalı maşınlar alıb, villalar tikdiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR