Fidan və Xuraman Qasımovalar Londonda konsert verəcəklər

Fidan və Xuraman Qasımovalar Londonda konsert verəcəklər
# 23 iyul 2015 09:26 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. İyulun 27-də Azərbaycanın və SSRİ-nin xalq artistləri Fidan və Xuraman Qasımovalar Londonda keçiriləcək konsert proqramında çıxış edəcəklər. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, konsert proqramı Fidan Qasımovanın Böyük Britaniya Kembric Universitetinin tərtib etdiyi ensiklopediyada dünyanın ən tanınmış ifaçısı adına layiq görülməsi münasibəti keçirilir.

Konsertdə ifaçılar Azərbaycan və dünya klassik musiqilərindən ibarət proqram təqdim edəcəklər.

Qeyd edək ki, səfərin təşkili Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR