“Heydər Əliyev və Azərbaycanda teleradio yayımı” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTO

“Heydər Əliyev və Azərbaycanda teleradio yayımı” mövzusunda elmi-praktik konfrans keçirilib - <span style="color: red;">FOTO
# 01 may 2013 14:08 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Milli Televiziya və Radio Şurasında (MTRŞ) Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda teleradio yayımı” mövzusunda elmi-praktik konfrans keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib ki, 1993-cü ildən sonra Azərbaycan çox böyük sınaqlar qarşısında qalıb. Yalnız H. Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra sabitliyin təməli qoyulub, Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub: “Heydər Əliyev mediaya çox böyük qayğı göstərirdi. O həmişə jurnalistlərin dostu olub. Jurnalistlər üçün açıq prezident idi. Televiziya, radio yayımı sahəsində onun qayğısı 1998-ci ildə söz, fikir və məlumat azadlığı sahəsində sərəncamı ilə özünü göstərdi. Məhz həmin il mediaya qarşı senzura aradan götürüldü. Həmin dövrdən başlayaraq mediaya dövlət qayğısı göstərildi. Mətbuat və televiziya kanalları əlavə dəyər vergisindən azad olundu. Bir çoxlarının borcları silindi”.

N. Məhərrəmli deyib ki, 2002-ci ildə Azərbaycanda “Televiziya və radio yayımı haqqında” qanun qəbul olunub və MTRŞ yaradılıb. Hazırda Azərbaycanda 50-dən artıq televiziya və radio kanalı fəaliyyət göstərir. Ölkədə 9 ümumrespublika yayımçısı olan telekanal, 14 regional kanal, 12 kabel şəbəkəsi, 14 radiostansiya fəaliyyət göstərir. Ölkə ərazisinin 90 faizə qədər rəqəmsal yayımla təmin olunub. Bu ilin sonunda analoq yayım tam dayandırılacaq və rəqəmsal yayıma keçiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR