Paytaxtda yol qəzasında qadın xəsarət alıb, sürücü hadisə yerini tərk edib - VİDEO

Paytaxtda yol qəzasında qadın xəsarət alıb, sürücü hadisə yerini tərk edib   - <span style="color: red;">VİDEO
# 22 avqust 2014 03:37 (UTC +04:00)

APA-nın məlumatına görə, qəza Tbilisi prospektində qeydə alınıb. "Mercedes" markalı avtomobilin sürücüsü Əbdülvəhab Salami küçəsi ilə yüksək sürətlə hərəkətdə olan zaman əsas yola çıxmaq istəyib. Bu zaman sürücü idarəetməni itirərək maşını beton arakəsməyə çırpılıb.

Sürücü qəzadan sonra hadisə yerini tərk edib. Maşında olan qadın sərnişin isə xəsarət alıb və təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Qəzadan sonra Tbilisi prospektində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunub.

Qəzanın dəqiq səbəbi avtotexniki ekspetzianın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR