Malidə iki kəndin sakinləri arasında toqquşmada 14 nəfər ölüb, 24 nəfər yaralanıb

Malidə iki kəndin sakinləri arasında toqquşmada 14 nəfər ölüb, 24 nəfər yaralanıb
# 26 iyun 2016 13:42 (UTC +04:00)

Bakı-APA. İyunun 25-də Malidə iki kəndin sakinləri arasında qarşıdurma baş verib.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin mərkəzi hissəsindəki Cenne şəhəri yaxınlığında yerləşən iki kəndin sakinləri arasındakı toqquşmaya səbəb əkinə yararlı torpaq olub.

Yağışlar başlayandan və torpaq becərmək imkanı yarandan sonra kəndlərdən birinin sakinləri tarlada əkin aparmağa çıxıblar. Ancaq qonşu kəndin sakinləri bunu narazılıqla qarşılayıblar. Toqquşma nəticəsində 14 nəfər ölüb, 24 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR