Dmitri Medvedev: “Rusiya-ABŞ münasibətlərinin inkişafı üçün ilk addımı Vaşinqton atmalıdır”

Dmitri Medvedev: “Rusiya-ABŞ münasibətlərinin inkişafı üçün ilk addımı Vaşinqton atmalıdır”
# 13 noyabr 2014 10:18 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “Rusiya-ABŞ münasibətlərinin inkişafı üçün ilk addımı Vaşinqton atmalıdır”.

APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya baş naziri Dmitri Medvedev deyib.

“Mövcud problemləri aradan qaldırmaq üçün sanksiyaları ləvğ etmək, əməkdaşlığa təkan vermək, mülayim və produktiv danışıqlar aparmaq lazımdır. Bundan sonra hər şey normallaşacaq. Bu bizdən asılı olan məsələ deyil, çünki sanksiyaları biz tətbiq etmədik”, - deyə o bildirib.

D. Medvedev ölkəsinin Qərb dövlətlərinə qarşı sanksiyaları tətbiq etmədiyini, atılan addımları isə "cavab tədbirləri" adlandırıb.

"Biz Qərbə sanksiya tətbiq etməmişik. Bunlar bizim tərəfimizdən atılan cavab addımlardır. Onlar prezident sərəncamı ilə 1 il müddətinə tətbiq olunub. Lakin hökumət onları ləğv edə və ya müddətini uzada bilər", - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR