Azərbaycanlı sahibkarlar Türkiyədə keçiriləcək III Trabzon ipək yolu iş adamları Sammitinə dəvət alıb

Azərbaycanlı sahibkarlar Türkiyədə keçiriləcək III Trabzon ipək yolu iş adamları Sammitinə dəvət alıb
# 30 sentyabr 2014 14:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Oktyabr ayının 17-19-da Türkiyədə III Trabzon ipək yolu iş adamları Sammiti keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, tədbir Trabzon Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçiriləcək.

Sammitdə iştirak etmək niyyətində olan azərbaycanlı iş adamları və sahibkarlar oktyabrın 3-dək Türkiyənin Azərbaycandakı səfirliyinin Ticarət müşavirliyinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR