Poroşenko: “Qaz danışıqları nəticəsiz bitdi”

Poroşenko: “Qaz danışıqları nəticəsiz bitdi”
# 17 oktyabr 2014 21:16 (UTC +04:00)

Bakı – APA. Milanda Ukraynanın dövlət başçısı Pyotr Poroşenko və Rusiya prezidenti Vladimir Putin arasında baş tutmuş görüşdə tərəflər qaz məsələsi ilə bağlı nəticə əldə edə bilməyiblər.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti P.Poroşenko jurnalistlərə açıqlamasında bildirib.

“Qaz məsələsində nəticə əldə olunmadı. Ümid edirəm ki, oktyabrın 21-də Brüsseldə Ukrayna-Rusiya-Avropa Kommisiyasının nümayəndələrinin görüşünədək bu məsələnin həlli tapılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR