Ombudsman Aparatının əməkdaşları əlillərin pansionatına baş çəkiblər

Ombudsman Aparatının əməkdaşları əlillərin pansionatına baş çəkiblər
# 16 mart 2015 14:33 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri Bilgəhdəki Müharibə və əmək əlilləri üçün pansionata başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MPQ üzvləri müəssisənin bütün obyektlərinə, o cümlədən yaşayış və tibb otaqlarına, yeməkxanaya, mətbəxə baş çəkib, sakinlərlə görüşüblər. Onlar burada istifadəyə verilmiş yeni yaşayış binalarının şəraiti, qidalanma, müalicə və rəftarla bağlı razılıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR