Kürdə suyun səviyyəsində azalma müşahidə olunub

Kürdə suyun səviyyəsində azalma müşahidə olunub
# 24 oktyabr 2014 11:42 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-140, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-110 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, oktyabrın 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 18 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 163 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 58 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 7 sm azalma, Bankədə 8 sm artım qeydə alınıb, Araz çayının Novruzlu məntəqəsində və Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR