Misirin Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib - FOTOSESSİYA

Misirin Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 25 yanvar 2013 12:08 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Misir inqilabının 2-ci ildönümü ilə əlaqədar bu gün Misirin Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib. APA-nın məlumatına görə, müvəqqəti işlər vəkili Haisam Cəlal tədbiri açaraq 2 il öncə Misir xalqının sülh xarakterli etiraz aksiyaları keçirdiyini xatırladıb. O bildirib ki, xalqın əsas tələbi sosial ədalət, demokratiya, insan hüquqlarına hörmət, qanunun aliliyi və korrupsiya ilə mübarizə idi və nəticədə bu dinc aksiya ümummilli inqilaba çevrildi.

Diplomat deyib ki, hazırda Misir keçid dövrünü yaşamaqdadır: “Misir fundamental azadlıqlara hörmət olunduğu, insan hüquqları, qanunun aliliyi və sosial ədalətin təmin edildiyi əsl demokratiya qurmaq istiqamətində irəliləyir”.

Xatırladaq ki, Misir inqilabı 2011-ci il yanvarın 25-də baş verib. İnqilab nəticəsində Misirdə 30 il hakimiyyətdə olan Hüsni Mübarək istefaya göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR