Vladimir Putin Çinə rəsmi səfər edib

Vladimir Putin Çinə rəsmi səfər edib
# 24 iyun 2016 20:43 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidenti Vladimir Putin Çinə rəsmi səfər edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Pekin hava limanında Rusiya liderini Çinin xarici işlər naziri Van İ qarşılayıb.

Səfər çərçivəsində Vladimir Putin Çin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. O, Çin Xalq Respublikasının sədri, baş naziri və parlamentin spikeri ilə görüşəcək.

Ümumilikdə iki ölkə arasında 50 sənədin imzalanması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR