Gəncədə yol-nəqliyyat qəzası olub, xəsarət alan var

Gəncədə yol-nəqliyyat qəzası olub, xəsarət alan var
# 27 oktyabr 2015 12:54 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb. Samux rayon sakini, 1936-cı il təvəllüdlü Zakir Hüseynovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Seymur Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ”-ın sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR