Tarif Şurası Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərini tənzimləməyə başlayacaq

Tarif Şurası Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərini tənzimləməyə başlayacaq
# 23 aprel 2015 23:46 (UTC +04:00)

APA-nın məlumatına görə, Milli Məclis tərəfindən 16 dekabr 2014-cü ildə “Dərman vasitələri haqqında” qanuna dəyişikliklər edilib və dəyişiklik dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsini nəzərdə tutub.

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 mart tarixli fərmanına əsasən Tarif (qiymət) Şurasına qanuna uyğun olaraq dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsini üç ay müddətində təmin etmə tapşırılıb. Nazirlər Kabineti də buna müvafiq olaraq “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib. İndiyə qədər dərman preparatlarının sınağının keçirilməsi xidmətlərinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənib. Dəyişikliyə əsasən bundan sonra dərman preparatlarının sınağının keçirilməsi xidmətləri deyil, dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri Tarif Şurası tərəfindən tənzimlənəcək. Başqa sözlə, Nazirlər Kabinetinin bu qərarından sonra Tarif Şurası dərman vasitələrinin ekspertiza xidmətləri, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərini tənzimləmək üçün müvafiq qərar qəbul edə biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR