Azərbaycan Ordusunun mövqeləri erməni silahlı bölmələri tərəfindən sutka ərzində 52 dəfə atəşə tutulub - VİDEO

Azərbaycan Ordusunun mövqeləri erməni silahlı bölmələri tərəfindən sutka ərzində 52 dəfə atəşə tutulub - <span style="color: red;">VİDEO
# 18 dekabr 2014 06:47 (UTC +04:00)

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərimizi atəşə tutub.

Tərtər rayonunun Göyarx, Çaylı, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR