Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Nizami prospektində qeydə alınıb. Gəncə sakini, 1967-ci il təvəllüdlü Pərvanə Şirinova yolu keçmək istəyərkən naməlim avtomobil tərəfindən vurulub. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən qadının vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.