Bakıda içərisi pulla dolu "Pay Point" ödəniş terminalı oğurlanıb

 Bakıda içərisi pulla dolu "Pay Point" ödəniş terminalı oğurlanıb
# 24 aprel 2015 08:27 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda "Pay Point" aparatı oğurlanıb.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində qeydə alınıb.

Ötən gün axşam saatlarında naməlum şəxs və ya şəxslər qəsəbə ərazisində içərisi pulla dolu, “Comted LTD”-yə məxsus "Pay Point" ödəniş terminalını oğurlayıb.

Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR