Diplomatik korpusun nümayəndələri Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edirlər

Diplomatik korpusun nümayəndələri Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edirlər
# 30 iyun 2016 09:42 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İyunun 28-də İstanbulda baş vermiş terror hadisəsi ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində açılan xatirə kitabının imzalanma mərasimi keçirilir.

APA-nın məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri səfirliyə gələrək xatirə kitabına ürək sözlərini yazırlar.

İmzalanma mərasimi axşam saat 18:00-dək davam edəcək.

Gün ərzində Azərbaycanın dövlət və hökumət üzvlərinin, ictimaiyyət nümayəndələrinin, vətəndaşların səfirliyi ziyarət etməsi gözlənilir.

Qeyd edək ki, İstanbulun Atatürk Hava Limanında 3 kamikadzenin törətdiyi terrorda 42 nəfər ölüb, 239 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR