DİN: Xaçmazda iş adamının qətlində təqsirləndirilən daha bir nəfər müəyyənləşib

DİN: Xaçmazda iş adamının qətlində təqsirləndirilən daha bir nəfər müəyyənləşib
# 08 iyul 2016 11:09 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi (DİN) Xaçmazda iş adamının qətlinin üstünün açılması ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 16-da Xaçmaz şəhərində yaşayan İlqar Məmmədovun küt alətlə qətlə yetirilmiş meyiti evinin həyətində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədovu qarət məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Qalib Kərimov tutulub, digər şəxs isə müəyyən edilib.

Qeyd edək ki, Xaçmaz şəhər Mirzə Fətəli Axundov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu iyun ayının 16-da yaşadığı evdə qətlə yetirilib. İ. Məmmədov ticarət mallarının topdan satışı ilə məşğul olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR