Elşad İskəndərov Kanada İcmalar Palatası sədrinin müavinini qəbul edib - FOTO

Elşad İskəndərov Kanada İcmalar Palatası sədrinin müavinini qəbul edib - <span style="color: red;">FOTO
# 05 aprel 2013 07:32 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Azərbaycanda səfərdə olan Kanada İcmalar Palatasının sədrinin müavini, Kanada-Azərbaycan dostluq qrupunun sədri Barri Devolinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanda mövcud tolerantlıq mühiti, dinlərarası münasibətlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlət Komitəsinin sədri Elşad İskəndərov Kanada ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərinin hazırkı durumundan məmnunluğunu ifadə edib. Dövlət Komitəsinin sədri Kanadanın beynəlxalq platformada Azərbaycanın haqlı mövqeyinə, ölkəmizin ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

E. İskəndərov Azərbaycanda dövlət-din münasibətləri, komitənin son dövrlərdə gördüyü işlər, dini maarifləndirmə sahəsində yeni təşəbbüslər, dövlətimizin milli-mənəvi və dini-tarixi dəyərlərin qorunması, inkişaf etdirilməsi istiqamətində dəstəyi barədə ətraflı məlumat verib.

Öz növbəsində qonaqlar qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürlərini və Azərbaycana səfərdən məmnunluqlarını ifadə ediblər. Kanada-Azərbaycan dostluq qrupunun sədri Barri Devolin Azərbaycandakı mövcud tolerant mühit barədə məlumatlı olduğunu bildirib və bunu yüksək qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR