IDEA və “Azərsun Holdinq” Türkanda min ədəd zeytun ağacı əkib

IDEA və “Azərsun Holdinq” Türkanda min ədəd zeytun ağacı əkib
# 18 noyabr 2014 10:59 (UTC +04:00)

Bakı. APA-Economics. İDEA İctimai Birliyinin təşəbbüsü, Xəzər rayon İcra Hakimiyyəti və “Azərsun Holdinq”in birgə təşkilatçılığı ilə Türkan qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

“Azərsun Holdinq” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, “Azərsun Holdinq” şirkəti tərəfindən istehsal olunan “Zeytun bağları” markasanının bilavasitə iştirak etdiyi tədbir zamanı qəsəbə ərazisində 1 000 ədəd zeytun ağacı əkilib.

Ağacəkmə aksiyasında Xəzər rayon İcra Hakimiyyətinin və “Azərsun Holdinq”in məsul şəxslərinin də iştirak etdiyi aksiyada xidmət sahələrinin rəhbərləri ilə yanaşı, rayon idarə, təşkilat kollektivləri, ümumilikdə 100 nəfərdən artıq insan qatılıb. Hər kəs tərəfindən bəyənilən “Zeytun bağları” markası ölkəmizin müxtəlif ərazilərində minlərlə zeytun ağacının əkilərək, həmin yerlərin yaşıllaşdırılmasında müstəsna rol oynayır.

Bundan əlavə, bu milli marka yüksək keyfiyyəti ilə xarici bazarlarda da rəğbətlə qarşılanır və Abşeron zeytunun bütün dünyaya tanıdılmasına böyük töhfə verir.

Qeyd edək ki, mütəmadi olaraq ağacəkmə aksiyalarına qoşulan və ekoloji layihələrdən kənarda qalmayan “Azərsun Holdinq”in gələcəkdə də bu tipli işlərə yaxından dəstək verəcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR