Səfir: “Qlobal problem olan terrora qarşı birgə mübarizə aparılmalıdır”

Səfir: “Qlobal problem olan terrora qarşı birgə mübarizə aparılmalıdır”
# 05 iyul 2016 19:49 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. "Terror hücumları tək Türkiyəyə qarşı olan bir hadisə deyil".

APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib. O bildirib ki, bu kimi hadisələr müxtəlif yerlərdə baş verib, həmçinin Avropada da bu kimi hücumlar olub: "Təəssüf ki terrorçuluq qlobal, hər kəsi gözləyən bir təhdiddir. Bu gün Türkiyəni, sabah başqa ölkəni seçə bilərlər. Beynəlxalq ictimaiyyət terrorçunun dininə, məqsədinə, başqa xüsusiyyətlərinə baxmadan onunla ciddi mübarizə aparmalıdır. Türkiyə uzun illər terrorla mübarizə aparan ölkədir. Uzun illər ölkəmiz PKK ilə mübarizə aparır. Bu terroru İŞİD gerçəkləşdirdi. Ümumiyyətlə terrorun qlobal bir problem olduğunu qəbul edib, ona qarşı birgə mübarizə aparmaq lazımdır".

Səfir terrorçuluqla mübarizə daxil olmaqla, Türkiyənin Azərbaycanla hər sahədə strateji tərəfdaşlıq etdiyini bildirib: "Hər iki ölkə prezidentinin iradəsi ilə hər sahədə ortaq çalışmalarımız var. Buraya həm kəşfiyyat mübadiləsi, müdafiə qurumlarımızın ortaq fəaliyyəti daxildir. Tək terrorla mübarizə deyil, regional təhlükəsizlik məsələsində Azərbaycanla sıx əməkdaşlığımız mövcuddur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR