“Qarabağ”ın Avropa Liqasında oyununun vaxtı bəlli olub

“Qarabağ”ın Avropa Liqasında oyununun vaxtı bəlli olub
# 14 avqust 2015 19:35 (UTC +04:00)

Bakı-APA. UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Yanq Boyz” (İsveçrə) cavab qarşılaşmasının başlama saatı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Bakıda oynanılacaq qarşılaşma avqustun 27-i saat 21:00-da başlayacaq.

Bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.

Qeyd edək ki, sözügedən komandalar arasındakı ilk görüş avqustun 20-i Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR