Fransa ermənisi Türkiyə səfirinin üzərinə nar şirəsi atıb

Fransa ermənisi Türkiyə səfirinin üzərinə nar şirəsi atıb
# 03 mart 2015 10:50 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Türkiyənin Fransadakı səfiri Hakkı Akil erməni əsilli Fransa vətəndaşının hücumuna məruz qalıb. APA-nın məlumatına görə, səfir Hakkı Akil martın 2-də Parisdəki Descartes Universitetində "Fransa və Türkiyədə dünyəvilik" mövzusunda çıxış edərkən bir nəfər ona yaxınlaşaraq üzərinə nar şirəsi atıb. Həmin şəxs təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisədən sonra türkiyəli diplomat çıxışına davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR