Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 2,5% artıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 2,5% artıb
# 29 mart 2013 11:16 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 2,5% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi 102,7% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 2,8%, metal filizlərinin hasilatı üzrə 0,8%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,2% artıb.

Fevral ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri indeksi 101% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri mebel istehsalı üzrə 2%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 1,2%, toxuculuq sənayesi üzrə 0,7%, poliqrafiya fəaliyyəti, metallurgiya sənayesi, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,5%, kompüter və digər elektron avadanlıqların istehsalı, elektrik avadanlıqlarının istehsalı və həmçinin, maşın və avadanlıqların istehsalı üzrə 0,2% enib, tütün məmulatlarının istehsalı üzrə 22%, kimya sənayesi üzrə 8,6%, geyim istehsalı üzrə 1,7%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1%, neft məhsullarının istehsalı üzrə 0,9%, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,6%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,3%, qida məhsullarının istehsalı üzrə isə 0,2% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR