Kəmaləddin Heydərov Xızıda vətəndaşların qəbulunu keçirəcək

Kəmaləddin Heydərov Xızıda vətəndaşların qəbulunu keçirəcək
# 19 iyul 2014 07:37 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, qəbulda yalnız Sumqayıt şəhərinin, Abşeron və Xızı rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Xızı şəhəri, Rafiq İsmayılov adına tam orta məktəbin binasında (ünvan: Bəşir Səfəroğlu küçəsi, 1) iyulun 21-də saat 09:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR