ARDNŞ-ın Türkiyədəki layihələrində Azərbaycan şirkətləri də iştirak edə biləcək

ARDNŞ-ın Türkiyədəki layihələrində Azərbaycan şirkətləri də iştirak edə biləcək
# 08 aprel 2013 15:43 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədə reallaşdırdığı iri infrastruktur və tikinti layihələrində Azərbaycanın özəl tikinti şirkətləri də iştirak edə bilər.

«APA-Economics»imn məlumatına görə, bu barədə Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, ARDNŞ-ın Türkiyədə həyata keçirdiyi layihələr - «Star» neft emalı zavodunun tikintisi və TANAP qaz kəmərinin çəkilməsi çərçivəsində həyata keçiriləcək bütün tikinti işləri tenderlər vasitəsilə bölünəcək: «Bu tenderlərdə Azərbaycanın hər bir şirkətinin iştirak etmək hüququ var. Biz də çalışacağıq ki, onların (Azərbaycan şirkətlərinin) həmin işlərə cəlb olunmasına kömək edək».

R.Abdullayev qeyd edib ki, TANAP layihəsinin icrası nəzərdə tutulmuş qaydada davam edir. Ankarada «TANAP Co.» şirkəti fəaliyyətə başlayıb, qaz kəmərinin keçdiyi ərazilərdən isə torpaqların alınması və layihənin ətraf mühitə təsiri ilə bağlı hesabatın hazırlanmasına başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR