® DəmirBank və ADA Universiteti arasında təlim sahəsində əməkdaşlığa başlanıb

<font color=red>® </font> DəmirBank və ADA Universiteti arasında təlim sahəsində əməkdaşlığa başlanıb
# 04 iyul 2016 12:17 (UTC +04:00)

DəmirBank əməkdaşlarının peşəkar inkişafını təmin etmək, onların motivasiyasını və komanda ruhunu artırmaq məqsədi ilə təhsil və təcrübə almalarına daim dəstək göstərir və bu sahəyə kifayət qədər investisiya ayırır. Belə ki, DəmirBank əməkdaşlarına mütəmadi olaraq müxtəlif xarici ölkələrin tanınmış təlim şirkətlərinin proqramlarından bəhrələnmə imkanı yaratmaqla yanaşı, ölkəmizin qabaqcıl təhsil, təlim müəssisələrinin layihələrindən istifadə imkanlarını da dəyərləndirir.

DəmirBank-ın ADA Universiteti ilə həyata keçirdiyi “Bacarıqların İnkişafı Proqramı” çərçivəsində Bank-ın stuktur bölmə rəhbərləri üçün “İdarəermə və Liderlik Bacarıqlarının İnkişafı” mövzusunda təlim layihəsi belə uğurlu layihələrdəndir. Layihə daxilində Universitetin yüksək ixtisaslı təlim ekspertləri Emin Huseynov, Şəmsiyyə Mustafayeva, Natiq Hacıyev və Ramiz Məmmədli kimi peşəkar təlimçilər tərəfindən təlim sessiyaları interaktiv müzakirələr formasında keçirilmiş və təlim müddətində iştirakçılar öz təcrübələrini bölüşməklə yanaşı, liderlik, idaəetmə sahəsində bacarıqlarını təkmilləşdirmişdilər. İyun ayı ərzində həyata keçirilən bu layihə 5 sessiyadan ibarət olmaqla, strateji planlaşdırma və idarəetmə, layihələrin idarə edilməsi, liderlik bacarıqları, dəyişikliyin idarə edilməsi kimi mövzuları əhatə etmişdir.

30 İyun tarixində keçirilmiş təlim iştirakçılarına sertifikatların təqdimat mərasimində ADA Universitetinin İxtisasartırma Proqramları üzrə Prorektor müavini Aygün Hacıyeva çıxış edərək tərəflər arasında uzunmüddətli əməkdaşlığa ümidini bildirmişdir. Həmçinin, DəmirBank-ın İdarə Heyətinin Sədri Fərid Abuşov struktur bölmə rəhbərlərinin təlim layihəsində müvəffəqiyyətli iştirakını yüksək qiymətləndirərək, heyətin digər üzvlərinin də belə məhsuldar proqramlardan bəhrələnəcəyini və öz karyeralarında daha yüksək uğur qazanmalarına təkan verəcəyinə əminliyini bildirmişdir. F.Abuşov Bank tərəfindən gələcəkdə bu istiqamət üzrə layihələrin genişləndirilməsi və ADA Universiteti ilə yeni layihələrin başlanılmasını nəzərdə tutduğunu bildirmişdir. Mərasimin sonunda iştirakçılara sertifikatlar təqdim edilmiş və xatirə şəkili çəkilmişdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR