Avropa Şurası baş katibinin müavini: “Avropada ayrı-seçkilik, antisemitizm kimi hallar genişlənir”

Avropa Şurası baş katibinin müavini: “Avropada ayrı-seçkilik, antisemitizm kimi hallar genişlənir”
# 01 sentyabr 2014 10:41 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Avropada ayrı-seçkilik, antisemitizm kimi hallar genişlənir. Səbəb odur ki, insanlar bir-birləri ilə ünsiyyətdə olmur, ayrı-ayrı icmalarda bir-birlərinə nifrət edən insanlara çevrilirlər. Məqsədimiz hər kəsin hüququna rəğbət bəsləyən cəmiyyət yaratmaqdır”.

APA-nın məlumatına görə, bunu Bakıda keçirilən “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü ilə bağlı mətbuat konfransında Avropa Şurası baş katibinin müavini Qabriela Battani-Draqoni deyib. O, hazırda Avropa Şurasında nifrətdən azad kampaniyanın keçirildiyini nəzərə çatdırıb: “Azərbaycanda da növbəti ay onlayn kampaniyanın tərkib hissəsi olan bir tədbir keçiriləcək. Hər birimiz başa düşməliyik ki, siyasi və mənəvi məsuliyyətimiz var. Ayrı-seçkilik, kiməsə qarşı hörmətsizliyə qarşı mübarizə aparmalıyıq. Ona görə də daxili keyfiyyətlərimizi inkişaf etdirməliyik. Bu dəyərlər digər insanların dini dünyagörüşünə, baxışlarına hörmətlə yanaşmağa səbəb olacaq. İnsanlar arasında ünsiyyətin inkişafında mətbuat böyük rol oynayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR