Azərbaycan paytaxtında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək - VİDEO

Azərbaycan paytaxtında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək - <span style="color: red;">VİDEO
# 18 mart 2015 09:23 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 7-10 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman, dağlıq və dağətəyi rayonlarda çiskinli olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 0-5 dərəcə, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR