Paşha Bank
Bank Of Baku

Dağlıq Qarabağda erməni əsgər bir hərbçi yoldaşını öldürüb, digərini yaralayıb - YENİLƏNİB

Dağlıq Qarabağda erməni əsgər bir hərbçi yoldaşını öldürüb, digərini yaralayıb - YENİLƏNİB
# 27 mart 2019 13:13 (UTC +04:00)

Ötən gün Dağlıq Qarabağda ölən erməni əsgərlə bağlı onun hərbçi yoldaşı saxlanılıb.

ONA-nın “news.am”a istinadən verdiyi məlumata görə, hadisə zamanı daha bir əsgər yaralanıb. Yayılan məlumata əsasən, axşam saatlarında odlu silahdan açılan atəş nəticəsində çavuş Ara Arakelyan ölümcül yaralanıb, kiçik çavuş Andranik Koşkanyan isə çiynindən xəsarət alıb. Hadisəni törətməkdə şübhəli bilinən hərbçi saxlanılıb. Faktla bağlı cinayət işi başladılıb.

***

10:34

Dağlıq Qarabağda erməni əsgər ölüb.

ONA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, 1998-ci il təvəllüdlü Ara Arakelyanın martın 26-da saat 18.40-da hələlik məlum olmayan səbəblərdən öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR