Şəmkirdə yük maşını aşıb

Şəmkirdə yük maşını aşıb
# 07 iyul 2014 17:41 (UTC +04:00)

Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün, saat 16 radələrində yolun Yasamal aşırımı adlanan hissəsində baş verib.

Gədəbəydə qızıl mədəninə kimyəvi maddə aparan KAMAZ markalı avtomobil yoldan çıxaraq aşıb. Xəsarət alan olmasa da, kimyəvi maddənin təsirindən avtomobilin yanma təhlükəsi yaranıb.

Hadisə yerinə dərhal Şəmkir Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və bir neçə su ilə dolu avtomobil cəlb edilib. Şəmkir rayon Polis Şöbəsində hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR