Bəxtiyar Qaralov: “Badamdar, Masazır və Zığdakı sürüşmə zonalarında kanalizasiya sisteminin quraşdırılması vacibdir”

Bəxtiyar Qaralov: “Badamdar, Masazır və Zığdakı sürüşmə zonalarında kanalizasiya sisteminin quraşdırılması vacibdir”
# 09 aprel 2013 15:00 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov APA-ya açıqlamasında bildirib ki, həmin ərazilərdə görülən tədbirlərin hamısı müvəqqəti xarakter daşıyır və ərazinin müəyyən müddətdə dayanıqlığını təmin edir: “Kanalizasiya sisteminin qurulması daimi dayanıqlığı təmin edir. Ona görə də həmin ərazidə kanalizasiya sistemi qurulmadan stabillik haqqında tam danışmaq olmaz”.

B. Qaralov respublika digər ərazi və yollarında mövcud sürüşmə vəziyyəti ilə də bağlı məlumat verib. O qeyd edib ki, Lerik yolunun 17-18-ci km-də bəzi yerlərdə uçqunlar var: “Amma vəziyyət nisbi stabildir və əvvəlki kimi aktivlik yoxdur. Bakı-Şamaxı-Yevlax yolunun 103-108-ci kilometrliyində, əsasən 106-cı kilometrliyində yerləşən Acıdərə sahəsində gərginlik mövcuddur. Bundan əlavə, Muğanlıya çatmamış 131-132-ci kilometrlikdə gərginlik var. Muğanlı-Ağsu arasında olan yolda gərginlik mövcuddur və bəzi yerlərdə nisbətən aktivləşmə gedir. Muğanlı-İsmayıllı yolunun 0-16 km ərazisində gərginlik var. Digər sürüşmə sahələrində stabillik hökm sürür. Badamdar qəsəbəsinin 20-ci sahənin sağ sahilində gedən sürüşmə sahəsində tədbirlər görülüb və vəziyyət nisbətən stabilləşib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR