Qaradağlı soyqırımının 21-ci ildönümü ilə əlaqədar tədbir keçirilib - FOTO

Qaradağlı soyqırımının 21-ci ildönümü ilə əlaqədar tədbir keçirilib - <span style="color: red;">FOTO
# 18 fevral 2013 16:55 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması”nın təşkilatçılığı ilə Qaradağlı soyqırımının 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. İcmadan APA-ya verilən xəbərə görə, tədbiri açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxışında Ermənistanın Azərbaycana qarşı yürütdüyü etnik təmizləmə və soyqrımı siyasəti, eləcə də Qaradağlı faciəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra Dövlət İdarəçilik Akademiyasının dosenti, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının analitik-informasiya mərkəzinin müdiri Elçin Əhmədov çıxış edərək bildirib ki, XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıb.

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması”nın rəhbəri Bayram Səfərov çıxış edərək 21 il öncə Qaradağlıda, eləcə də digər işğal olunmuş rayon və kəndlərdə baş verənlər haqqında öz fikirlərini tələbələrə çatdıraraq gəncləri bu hadisələri ununtmamağa çağırıb. O bəyan edib ki, Azərbaycan 20 il bundan öncəki Azərbaycan deyil və hər an Ali Baş Komandanın əmri ilə düşmənə lazımı cavab verməyə qadir bir ölkədir: “Biz əminik ki, çox qısa bir zamanda Azərbaycan ərazi bütövlüyünü təmin edəcək və Azərbaycan bayrağı Qarabağımızda dalğalanacaq”.

Sonra Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək Qaradağlı faciəsi barədə danışıb. E. Hüseynovun sözlərinə görə, 4 ay mühasirədə qalan Qaradağlı kəndinə ermənilərin hücumu nəticəsində 77 nəfər şəhid olub, 110 nəfər kənd sakini girov götürülüb və sonradan onların 49 nəfəri amansızlıqla qətlə yetirilib. Ümümilikdə isə münaqişə başlayandan Xocavənd rayonunda 145 nəfər azərbaycanlı ermənilərin törətdiyi vandalizmin qurbanı olub.

Sonda “Soyqırım: Qaradağlı” filmi nümayiş etdirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR