Dünya bazarında qızıl 17 dollaradək ucuzlaşıb

Dünya bazarında qızıl 17 dollaradək ucuzlaşıb
# 07 noyabr 2015 07:18 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,26% - 17 910,33 bəndədək, NASDAQ 0,38% - 5 147,12 bəndədək artıb, S&P 500 0,03% - 2 099,20 bəndədək azalıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,17% - 6 353,83 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı 0,92% - 10 988,03 bəndədək, Fransa CAC-40-ı 0,08% - 4 984,15 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 16,50 dollar azalaraq 1 087,70 dollara, gümüş isə 0,29 dollar azalaraq 14,69 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR