Paşha Bank
Bank Of Baku

Ukrayna ordusu Krasnodarda iki neft emalı zavodunun vurulduğunu təsdiqləyib

Ukrayna ordusu Krasnodarda iki neft emalı zavodunun vurulduğunu təsdiqləyib
# 18 noyabr 2026 18:23 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ərazisində, Krasnodar diyarında yerləşən İlski və Afipski neft emalı zavodlarının (NEZ) vurulduğunu açıqlayıb.

APA xəbər verir ki, Ukrayna tərəfinin məlumatına görə, İlski NEZ-də yanacaq saxlama çənləri, Afipski NEZ-də isə neft emalı qurğusu zədələnib.

Məlumatda bildirilir ki, hər iki müəssisənin ümumi illik neft emalı gücü təxminən 13 milyon ton təşkil edir.

Krasnodar diyarının əməliyyat qərargahı isə noyabrın 18-nə keçən gecə Severski rayonunda pilotsuz uçuş aparatlarının hücumundan sonra iki müəssisədə yanğın baş verdiyini açıqlayıb.

Yerli hakimiyyət orqanları həmin müəssisələrin adlarını açıqlamayıb.

Hücum nəticəsində dörd nəfərin xəsarət aldığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR