Baş nazirin müavini Əli Əhmədov Sumqayıtda satış yarmarkasında olub

Baş nazirin müavini Əli Əhmədov Sumqayıtda satış yarmarkasında olub
# 02 iyul 2016 10:12 (UTC +04:00)

Bakı-APA. Bu gün baş nazirin müavini Əli Əhmədov Sumqayıt şəhərində şənbə, bazar və bayram günlərində keçirilən kənd təsərrüfatı məhsullarının ənənəvi satış yarmarkasına baş çəkib.

APA-nın xəbərinə görə, Əli Əhmədov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla yarmarkada satışa çıxarılan məhsulların qiyməti və keyfiyyəti ilə maraqlanıb. Yarmarkaya gələn sakinlərlə görüşən baş nazirin müavini əhalinin etibarlı ərzaq təhlükəsizliyinin təmin olunması, ölkəmizdə aqrar sektorun inkişafı, kənd təsərrüfatı məhsullarına artan tələbatın lazımi səviyyədə ödənilməsi istiqamətində dövlət tərəfindən görülən işlər barədə məlumat verib. O, kənd təsərrüfatı yarmarkalarının vətəndaşlara bol çeşiddə və keyfiyyətli məhsulların təqdim olunması, qiymətlərin tənzimlənməsi və süni bahalaşmanın qarşısının alınması baxımından əhəmiyyətini vurğulayıb, bu yarmarkada da məhsulların keyfiyyət və qiymətlərinin qənaətbəxş olduğunu bildirib.

Şəhər sakinləri və yarmarkada iştirak edənlər yaradılan şəraitdən, o cümlədən məhsulların keyfiyyət və qiymətlərindən razılıqlarını ifadə edərək Azərbaycan hökuməti tərəfindən həyata keçirilən siyasəti dəstəklədiklərini vurğulayıblar.

Əli Əhmədov yarmarkada məhsulların keyfiyyət və qiymətlərinin tənzimlənməsinə ciddi riayət olunması, süni qiymət artımına yol verilməməsi, vətəndaşlara yüksək səviyyəli xidmətin təşkili ilə bağlı tövsiyələrini bildirib.

Sonda baş nazirin müavini qarşıdan gələn Ramazan bayramı münasibətilə sakinləri təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR