ANAMA iki ədəd partlamamış hərbi sursat aşkarlayıb

ANAMA iki ədəd partlamamış hərbi sursat aşkarlayıb
# 31 may 2016 15:53 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 31-də Agentlik tərəfindən Füzuli, Ağcabədi, Ağdam və Tərtər rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtər rayonunun Şıxarx kəndində 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, 10 000 kv. m ərazi yoxlanılıb.

Rayonun Cəmilli kəndində 1 ev və həyətyanı sahədə 8 partlayış yerinə baxış keçirilib, 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, 10 000 kv. m ərazi yoxlanılıb.

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 5 000 kv. m ərazi yoxlanılıb.

Ağdam rayonunun Qaradağlı kəndində 1 ev və həyətyanı sahə və 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 4 000 kv. m ərazi yoxlanılıb.

Füzuli rayonunun Şükürbəyli kəndi 4 otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib, 2 171 kv. m ərazi yoxlanılıb.

Mayın 31-də 5 ev və həyətyanı sahə, 6 əkin sahəsi, 19 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (Qrad raketinin mühərrik hissəsi) aşkar olunaraq götürülüb, 31 171 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 31 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 548 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 4 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 479 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR