«Khazar Islands»ı dünyaya «Ihlas Holding» tanıdacaq

«Khazar Islands»ı dünyaya «Ihlas Holding» tanıdacaq
# 01 noyabr 2012 14:52 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Xəzərin Azərbaycan sektorunda həyata keçirilən «Khazar Islands» (dənizdə şəhər) layihəsinin beynəlxalq aləmdə təbliği ilə Türkiyənin «Ihlas Holding» Şirkətlər Qrupu məşğul olacaq. Bu barədə «APA-Economics»ə «Khazar Islands» layihəsini inşa edən «Avesta» Konserninin prezidenti İbrahim Nehrəmli bildirib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl İstanbulda «Ihlas Holding» qrupu ilə «Avesta» Konserni arasında tərəfdaşlıq barədə ilkin müqavilə imzalanıb. Müqaviləyə əsasən, «Khazar Islands»in bütün dünyada reklam, marketinq və satış işini «Ihlas Holding» təşkil edəcək, eləcə də Holdinq layihədə tikinti işləri həyata keçirəcək. «Khazar Islands»in rəhbərliyi tərkibində 100-dən artıq şirkət, o cümlədən Türkiyənin TQRT telekanalı olan «Ihlas Holding»lə gələcək əməkdaşlığı yüksək qiymətləndirir. Bununla bağlı rəsmi müqavilə isə yaxın günlərdə imzalanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR