Quba rayonunda iki maşın toqquşub bir nəfər ölüb, altı nəfər xəsarət alıb

Quba rayonunda iki maşın toqquşub bir nəfər ölüb, altı nəfər xəsarət alıb
# 30 iyun 2016 15:33 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Quba rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Quba-İspik-Xınalıq yolunun 2-ci kilometrliyində qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, “QAZel” və BMW markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, altı nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Quba Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, qəza nəticəsində altı nəfər tibb müəssisəsinə yerləşdirilib.

Faktla bağlı Quba rayon Polis Şöbəsinə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR