Ərazi vahidlərinə şəhadətnamələrin verilməsinə dair əsasnaməyə dəyişiklik ediləcək

Ərazi vahidlərinə şəhadətnamələrin verilməsinə dair əsasnaməyə dəyişiklik ediləcək
# 12 fevral 2013 09:33 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva-APA. “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında Əsasnamə”yə dəyişikliklər olunacaq. APA-nın xəbərinə görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. Komitə sədri Arif Rəhimzadə bildirib ki, respublikanın bir sıra şəhər və rayonlarında yeni inzibati ərazi dairələrinin yaradılması Əsasnaməyə dəyişiklər edilməsini vacib edir. Belə ki, qanuna əsasən, yaradılan bütün yeni inzibati ərazi dairələri Ərazi vahidlərinin Dövlət Reyestrinə daxil edilməlidir. Təklif olunan məsələ nəzərdə tutur ki, yaradılan sahə inzibati ərazi dairələri Ərazi vahidlərinin Dövlət Reyestrinə daxil edilməli və onlara müvafiq şəhadətnamələr verilməlidir.

Bununla yanaşı, yeni inzibati ərazilərin yaradılması haqqında qanunvericiliyin qüvvəyə minməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə də müəyyən dəyişiklər nəzərdə tutulur. Dəyişikliyə əsasən, ərazi vahidlərinin adlarının və sahələrinin özbaşına dəyişməyə görə inzibati cəza nəzərdə tutulur. Bu qanunvericiliyi pozan fiziki şəxs 10-15 manat, vəzifəli şəxslər 35-55, hüquqi şəxslər 100-130 manat həcmində cərimə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR