Xələf Xələfov: “Xəzərin hüquqi statusu ilə bağlı danışıqların hazırkı mərhələsi yekun mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”

Xələf Xələfov: “Xəzərin hüquqi statusu ilə bağlı danışıqların hazırkı mərhələsi yekun mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”
# 05 mart 2015 10:47 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Xəzərin hüquqi statusu ilə bağlı danışıqların hazırkı mərhələsi yekun mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun iclasının yekunu ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Xəzərin statusuna dair məsələlər 90-cı illərdən fərqli olaraq, bu gün yüksək səviyyəyə çatıb: “Əminəm ki, bütün məsələləri başa çatdırmağa nail olacağıq. Astana sammitinə kimi Konvensiya layihəsinin bütün müddəalarını başa çatdırmalıyıq ki, razılaşdırmaq mümkün olsun”.


X.Xələfov bildirib ki, bu, Həştərxan sammitindən sonra işçi qrupunun birinci görüşü olub: “Həştərxan sammitinin nəticələri dövlət başçıları tərəfindən qəbul olunmuş qərarların həyata keçirilməsi müzakirə edilib. Dövlət başçılarının birgə bəyannaməsində bir sıra prinsipial məsələlərə dair razılaşmalar əldə olunub. Onların Konvensiya layihəsində əksini tapması üçün tədbirlər görmüşük. Nəticələr Xəzəryanı ölkələrin nümayəndələri tərəfindən müsbət qiymətləndirilib. Həm Bakı, həm də Həştərxan sammitlərindən sonra bir sıra prinsipial vacib məsələlər həllini tapıb. Bunlara su səthinin bölünməsi, təhlükəsizlik məsələləri, gəmiçilik, bioloji resursların qorunması və istifadə olunması, fövqəladə hallar, hidrometeorologiya məsələləridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR