Bank Of Baku

WMO Baş katibi: Süni intellekt buzlaqların monitorinqində mühüm rol oynaya bilər

Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Baş katibi, professor Celeste Saulo

© APA | Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Baş katibi, professor Celeste Saulo

# 08 sentyabr 2026 10:52 (UTC +04:00)

Himalaydan Qafqaza qədər buzlaqların geri çəkilməsi davam edir, süni intellekt buzlaqların monitorinqində və erkən xəbərdarlıq sistemlərinin inkişafında mühüm rol oynaya bilər.

APA xəbər verir ki, bunu "Bakı İqlim Həftəsi 2026" (BCAW 2026) çərçivəsində keçirilən “Süni intellektin çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları” mövzusunda panelə videomüraciətində Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Baş katibi, professor Celeste Saulo deyib.

O bildirib ki, “Bakı İqlim Fəaliyyəti Həftəsi süni intellektin üstünlüklərinin hər kəs üçün əlçatan olmasını təmin etmək baxımından mühüm əhəmiyyət daşıyan beynəlxalq əməkdaşlıq, investisiya və potensialın inkişaf etdirilməsi imkanlarından istifadə etdiyimiz platformaya çevrilməlidir: “Bakı İqlim Fəaliyyəti Həftəsindən Antaliyada keçiriləcək COP31-ə qədər iqlim sahəsində müzakirələrdən konkret fəaliyyətə keçid vacibdir. Çünki itirəcək bir dəqiqəmiz belə yoxdur. Dünyanın hər yerində insanlar daha yaxşı nəticələr əldə etməyimizi gözləyirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR