“APA GROUP” ƏMƏKDAŞLARI ÜÇÜN PEŞƏ DAVRANIŞ KODEKSİ

1. Jurnalist söz və ifadə azadlığına, ictimaiyyətin həqiqəti bilmək hüququna hörmətlə yanaşır.

2. Jurnalist yalnız fakta əsaslanan məlumatı yaymalı, onu gizlətməməli və ya əldə etdiyi informasiyanı saxtalaşdırmamalıdır.

3. Jurnalist qeyri-dəqiq və ya yanlış informasiya yaydığını bildiyi andan onu düzəltmək üçün əlindən gələni etməlidir.

4. Məlumatın mənbəyi məxfi qalmaq istədikdə onun bu hüququnu qorumaq jurnalistin peşə borcudur.

5. Jurnalist irqi, cinsi, dini, etnik, siyasi və sosial mənşəyə görə ayrı-seçkiliyə yol verməməli, bunun qarşısının alınması üçün səy göstərməlidir.

6. Aşağıdakılar jurnalist üçün ciddi peşə xətaları hesab olunur: plagiat, böhtan, qərəzli əldə edilmiş informasiyanı yaymaq, yaxud yaymamaq qarşılığında pul almaq, şəxsi həyata müdaxilə.

7. İctimaiyyətə məlum olmamışdan əvvəl jurnalist əldə etdiyi informasiyanın ədalətsiz və qərəzli olduğunu bilirsə, bu informasiyanı yaymamalıdır.

8. Müəssisə rəhbərinin icazəsi olmadan qurumun adından təmsilçiliyə, mediada çıxışlara yol verilmir.

9. Jurnalist mənsub olduğu kollektiv daxilində iş yoldaşlarına hörmətlə yanaşmalı, davranış qaydalarına əməl etməli, işgüzar mühitə xələl gətirən əməllərə yol verməməli, subordinasiya normalarını gözləməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR