Azərbaycan Gürcüstanın ən iri investorudur

Azərbaycan Gürcüstanın ən iri investorudur
# 12 sentyabr 2016 12:26 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı ilin II rübündə Azərbaycandan Gürcüstana birbaşa investisiyaların həcmi 146 mln. dollar təşkil edib.

APA-Economics” Gürcüstanın Milli Statistika Komitəsinin yaydığı hesabata istinadən xəbər verir ki, bu ilin birinci yarısında Gürcüstanda birbaşa xarici investisiyaların həcmi 446 mln. dollar olub. Bunun 33%-i Azərbaycanın payına düşür. Bununla da Azərbaycan xarici investorların siyahısında birinci yerdə qərarlaşıb.

Daha sonrakı pillələri isə Birləşmiş Krallıq (64 mln. dollar və ya 14%) və Çexiya Respublikası (36 mln. dollar və ya 8%) bölüşür.

Gürcüstana investisiya edən ölkələr sırasında Türkiyə 28 mln. dollarla 4-cü pillədədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR