Azərbaycan G7-nin ekologiya nazirlərinin xüsusi görüşünə dəvət edilib

Azərbaycan G7-nin ekologiya nazirlərinin xüsusi görüşünə dəvət edilib
# 01 mart 2024 14:09 (UTC +04:00)

Azərbaycan G7 ölkələrinin ekologiya və mineral ehtiyatlar nazirlərinin xüsusi görüşünə dəvət edilib.

APA xəbər verir ki, martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.

İtaliyalı nazir bu il ölkəsinin G7 formatının rəhbəri qismində çıxış etdiyini deyərək bu əməkdaşlıq formatında COP29-a ev sahibliyi edən Azərbaycan tərəfinin G7 ölkələrinin ekologiya və mineral ehtiyatlar nazirlərinin xüsusi görüşünə qatılmasının vacibliyini bildirdi və bununla bağlı dəvəti çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR