Baş danışıqçı: COP29-da nə qədər ölkənin iştirak edəcəyi barədə proqnoz vermək tezdir

COP29-un Baş danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev

© APA | COP29-un Baş danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev

# 18 iyun 2024 09:59 (UTC +04:00)

COP29-da nə qədər ölkənin iştirak edəcəyi barədə indidən proqnoz vermək tezdir.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29-un Baş danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.

O bildirib ki, təşkilatı məsələlər və hazırlıqlar vaxt cədvəlinə uyğun olaraq qaydasında gedir:

"Bütün işləri vaxtında çatdıracağıq".

COP29 ərəfəsində quru sərhədlərinin açılması ilə bağlı məsələ barədə danışan nazir müavini deyib ki, bu məsələyə münasibət bildirmək Nazirlər Kabinetinin səlahiyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR