BMqT-nin baş direktorunun müavini: COP29-un inklüziv olmasını istəyirik

BMqT-nin baş direktorunun müavini: COP29-un inklüziv olmasını istəyirik
# 15 mart 2024 12:13 (UTC +04:00)

COP29-un inklüziv olmasını istəyirik.

APA xəbər verir ki, bunu XI Bakı Qlobal Forumu çərçivəsində panel müzakirəsində Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini Uqoçi Daniels deyib.

O, iqlim dəyişikliyi ilə bağlı müzakirələrin mərkəzinə bu problemin təsirinə ən çox məruz qalan həssas qrupların qoyulmasının vacib olduğunu deyib:

"Çünki ən həssas qruplar iqlim dəyişikliyinin təsirinə ən çox məruz qalanlardır. 3.6 milyon insan iqlim dəyişikliyinin özünü göstərdiyi ən qaynar nöqtələrdə yaşayırlar. Bu ölkələrin əksəriyyəti yoxsul ölkələrdir, ada ölkələridir və bəzilərinin dənizə çıxışı yoxdur Bu ölkələrin birlikdə atmosfer CO2 emissiyası sadəcə 4 faizdir, ancaq iqlim dəyişikliyinin nəticələrindən meydana çıxan fəlakətlərdən təsirlənən onlardır, itkilərin 70 faizi bu ölkələrdə olur. Onlar iqlim dəyişikliyinə “töhfə” verməsə də ən ağır bədəli ödəyirlər", Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini çıxışında vurğulayıb.

O çıxışında miqrasiyanın prosesdəki rolundan danışıb və deyib ki, bəzən miqrasiya həll kimi də çıxış edir:

"Biz bu gün maliyyələşmədən danışırıq, ancaq təsəvvür edin ki, iqlim dəyişikliyinin ağır nəticələrinə məruz qalan ölkələrin çoxu təhsilə, səhiyyəyə qoyduğu investisiyadan 4-6 dəfə daha çox faiz dərəcəsi ödəyir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR