“EurActiv”: Danışıqlar nəticə verməsə, aprel hadisələrinə bənzər və ya daha ciddi hərbi qarşıdurma yarana bilər

“EurActiv”: Danışıqlar nəticə verməsə, aprel hadisələrinə bənzər və ya daha ciddi hərbi qarşıdurma yarana bilər
# 15 iyul 2016 14:30 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Cari ilin aprel ayının əvvəllərində Ermənistan-Azərbaycan təmas xəttində baş verən hadisələrdən sonra danışıqlar prosesində müşahidə olunan canlanma ilə bağlı “Stratfor” qlobal strateji təhlillər və proqnozlaşdırma mərkəzinin hazırladığı “Talking around the conflict in Nagorno-Karabakh” (Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlar) başlıqlı yazı Avropa İttifaqı məsələlərini işıqlandıran nüfuzlu “EurActiv” xəbər portalında dərc olunub.

APA-nın xəbərinə görə, yazıda cari ilin aprel ayının əvvəllərində Ermənistan-Azərbaycan təmas xəttində baş verən hadisələrdən sonra danışıqlar prosesinin sürətləndiyi, 12 iyul tarixində Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı danışıqların hazırki vəziyyətini müsbət qiymətləndirdiyi, Rusiyanın bu prosesdə ən vacib vasitəçi olduğu qeyd edilir, ümumiyyətlə, aprel qarşıdurmalarından sonra dondurulmuş münaqişənin yenidən beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə qayıtdığı vurğulanır.

Sonda təhlilçilər məsələyə dair proqnozlarını açıqlayaraq status-kvoda mühüm dəyişikliklərin əldə edilməyəcəyi təqdirdə, danışıqların uzun müddət aparılmasının mümkün olmayacağını, aprel qarşıdurmalarına hər şeydən əvvəl danışıqlar prosesində irəliləyişin olmaması faktorunun təkan verdiyini, diplomatiya yolu ilə nəzərəçarpacaq nəticələrə nail olunmayacağı halda, aprel hadisələrinə bənzər və ya daha ciddi hərbi qarşıdurmaların təkrarlanmasının istisna edilməyəcəyini bildirirlər. Onlar nəticə etibarilə Dağlıq Qarabağ münaqişəsinin həllində sözdən çox, fəaliyyətin tələb olunacağını vurğulayırlar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR