"IsDB"-nin illik toplantısı çərçivəsində "COP29-a doğru" dəyirmi masada müzakirələr aparılıb - FOTO

"IsDB"-nin illik toplantısı çərçivəsində "COP29-a doğru" dəyirmi masada müzakirələr aparılıb  - FOTO
# 28 aprel 2024 21:15 (UTC +04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankının (İsDB) illik toplantısı çərçivəsində keçirilən "COP29-a doğru" dəyirmi masada müzakirələr aparıb.

APA-nın xəbərinə görə, bu barədə Mikayıl Cabbarov "X" sosial şəbəkəsində paylaşım edib.

“İslam İnkişaf Bankının illik toplantısı çərçivəsində keçirilən "COP29-a doğru" dəyirmi masada iqlim dəyişikliyi ilə mübarizədə təşəbbüslərin prioritet istiqamətləri barədə müzakirələr apardıq:

- Yaşıl artım və Azərbaycanın dayanıqlı enerji potensialının reallaşdırılması sahəsində həyata keçirilən tədbirlər;

- Qlobal iqlim öhdəliklərini reallığa çevirmək üçün birgə fəaliyyətin təşviqi;

- Bərpa olunan enerji layihələri üçün mərkəzləşmiş maliyyələşmə mexanizmlərinin yaradılması”, - nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR